Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsman vəzifəsindən istefa verib.
Jurnalist Fabritsio Romano bu xəbəri "X" sosial şəbəkəsində yayıb.
Qeyd edək ki, Almaniya yığması dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlub olub. Əsas və əlavə vaxt 1:1 başa çatsa da, penaltilərdə paraqvaylılar 4:3 qalib gəlib.
38 yaşlı Naqelsman 2023-cü ilin sentyabrından Almaniyaya rəhbərlik edirdi. Onun dövründə komanda 2024-cü ildə keçirilən Avropa çempionatının 1/4 finalına çıxmışdı.












