DÇ-2026-nın 1/16 finalında Almaniya Paraqvaya uduzdu. Baş məşqçi Yulian Naqelsmann hakimdən şikayətçidir.
"Sport1"-in məlumatına görə, o, Conatan Tanın 102-ci dəqiqədə ləğv edilən qolunu qeydə almalı olduğunu deyib.
Naqelsmann: "Biz qol vurduq, amma hakim fit çaldı. Bu, qalmaqaldır. Orada faul yox idi"- deyə vurğulayıb.
Qeyd edək ki, Paraqvay penaltilər seriyasında qalib gəlib. Növbəti mərhələdə Fransa-İsveç qalibi ilə oynayacaq.












