"Nyu-York" NBA pley-off final seriyasının beşinci oyununda "San-Antonio"nu 94:90 hesabı ilə məğlub edərək, 52 ildən sonra çempion oldu.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, dörd qələbəyə qədər davam edən seriyada "Nyu-York" 4:1 hesabı ilə qalib gəldi.
Bu, klubun tarixində üçüncü NBA çempionluğudur. İlk iki titul 1970 və 1973-cü illərdə qazanılmışdı.
Ötən mövsümün çempionu "Oklahoma" idi.












