"Neftçi"nin və U-21 milli komandamızın gənc futbolçusu Murad Məmmədov karyerasında yeni səhifə açdı. O, Kiprin "Pafos" klubuna rəsmən transfer olunub.
Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı oyunçu 2024/2025 mövsümündən əsas komandada çıxış edirdi.
Murad bu dövrdə 41 qarşılaşmada 4 qol vurub. U-21 millimizdə isə 10 matçda 1 dəfə fərqlənib.












