Məşhur futbolçu Neymar və sevgilisi Bruna Biyankardi yenidən valideyn olacaqlarını açıqlayıb.
Cütlük bu xoş xəbəri sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Onlar körpənin cinsini də gizlətməyərək, qız övladı gözlədiklərini deyiblər.
Neymar zarafatla: "Deyəsən, mən musiqi qrupu yaradıram. Artıq bu, yeni 'Spice Girls' olacaq," – deyib.
Bu, Brunanın üçüncü övladı olacaq. Onun Neymarla Mavi və Mel adlı iki qızı var. Neymarın isə başqa qadınlardan iki övladı daha var.












