ABŞ, Kanada və Meksikanın ev sahibliyində keçiriləcək 2026 FİFA Dünya Kuboku üçün Özbəkistan milli komandasının 26 nəfərlik heyəti açıqlanıb.
Baş məşqçi Fabio Kannavaronun siyahısında "Sabah"ın futbolçusu Umarali Raxmonaliyev yer almayıb. Bu, onun mundiala getməyəcəyini təsdiqləyir.
Turnir 11 iyun – 19 iyul 2026 tarixlərində üç ölkədə təşkil olunacaq.












