Bond.az White LogoBond.az Black Logo

Panama "Kanaleros" DÇ-2026 hazırlığı

Panama millisi "Los Canaleros" haqqında geniş məqalə: DÇ-2026-ya hazırlıq, keçmişi, oyun cədvəli və lider oyunçular.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
|
0

Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və Mərkəzi Amerika (CONCACAF) regionunun ən döyüşkən, fiziki cəhətdən dözümlü və sürətli əks-hücum futbolu oynayan komandalarından biridir. 2018-ci ildəki tarixi debütündən sonra dünya çempionatlarına daha təcrübəli şəkildə qayıdan Panama 2026-cı il dünya çempionatında (DÇ) doğma qitəsində çıxış etməyin verdiyi böyük azarkeş və mühit üstünlüyündən maksimum yararlanmağa çalışacaq.

Seçmə mərhələ olduqca çətin keçsə də, komanda həlledici məqamlarda öz keyfiyyətini ortaya qoyub. Üçüncü seçmə mərhələnin 2025-ci ilin noyabr pəncərəsində Qvatemala və Salvador üzərində qazanılan qələbələr onlara turnirə bilet qazandırıb.

Oxu.Az Panama futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.

Panamanın Tomas Kristiansenə olan inamı və səbri bu tarixi vəsiqə ilə mükafatlandırılıb. İngiltərənin "Lids Yunayted" və Belçikanın "Yunion" klublarındakı fəaliyyətindən sonra 2020-ci ilin iyulunda baş məşqçi təyin edilən Kristiansen karyerasının ilk dövrlərində bəzi çətinliklərlə üzləşmişdi. Belə ki, komanda 2021-ci il KONKAKAF Qızıl Kubokunda qrup mərhələsini keçə bilməmiş və ardınca sondan əvvəlki turda ABŞ-yə 1:5 hesabı ilə məğlub olaraq DÇ-2022-yə vəsiqə qazanmaq şansını itirmişdi.

Lakin Panama Futbol Federasiyası Kristiansenə etimadını qorumuş və o vaxtdan bəri komanda müsbət nəticələr göstərməyə başlamışdı. 2023 və 2024-cü illərdə Millətlər Liqasında yarımfinala yüksələn yığma Qızıl Kubok və Millətlər Liqasında finala qədər irəliləməyi bacarmışdı.

Bu yolda Karlos Harvi və Adalberto Karraskilya kimi gənc oyunçular Kristiansenin sistemində parlamağa başlamış, Sesilio Uoterman, Anibal Qodoy və Alberto Kintero kimi veteranlar isə komandanın onurğa sütunu olaraq qalmağa davam etmişdilər.

Panamanın sonuncu dünya çempionatı

Panamanın dünya çempionatlarındakı yeganə iştirakı Rusiyada DÇ-2018-ə təsadüf etmişdi. O zaman komanda Belçika, İngiltərə və Tunis ilə birlikdə G Qrupunda yer almışdı. Turnirin gələcək yarımfinalçısı olan Belçikaya 0:3 hesabı ilə məğlub olan komanda ilk dünya çempionatı matçında məyusluq yaşamışdı.

Növbəti görüşdə onları İngiltərə gözləyirdi. Oyun "Üç şir"in 6:1 hesablı qələbəsi ilə başa çatsa da, Felipe Baloy Panamanın dünya çempionatlarındakı ilk qolunu vuraraq tarixə düşmüşdü.

Tunisin öz qapısına vurduğu qol Mərkəzi Amerika komandasına qlobal turnirdəki ikinci qolunu qazandırsa da, bu, 1:2 hesablı məğlubiyyətin qarşısını almaq üçün kifayət etməmişdi.

Panama 2026-cı il dünya çempionatına vəsiqəni necə qazanıb?

KONKAKAF seçmə mərhələsinin üçüncü raundunda A Qrupunu ilk sırada başa vuran Panama 48 komandanın iştirak edəcəyi genişləndirilmiş turnirin iştirakçısı kimi təsdiqlənmişdi.

İkinci seçmə mərhələni Nikaraqua, Qayana, Montserrat və Beliz üzərində qələbələrlə inamlı şəkildə keçən Panama inkişafda olan Surinam, həmçinin digər Mərkəzi Amerika təmsilçiləri Salvador və Qvatemala ilə eyni qrupda yer aldığı üçüncü raundda çətinliklərlə üzləşmişdi.

Onlar səfərdə Surinam və evdə Qvatemala ilə heç-heçə edərək mərhələyə başlasalar da, ardınca Salvador səfərindən tam xalla qayıtmışdılar. Surinamla ev oyununda bir xalı xilas etmək üçün son saniyə qoluna ehtiyac duyan komanda mərhələni möhtəşəm şəkildə başa vurmuşdu. Səfərdə Qvatemalanın ciddi müqavimətini qıran, daha sonra evdə Salvadoru məğlub edən Panama sonuncu turda Surinamı geridə qoyaraq qrupda birinci yerə yüksəlmişdi.

DÇ-2026-da Panamanın oyun cədvəli (Bakı vaxtı ilə)

Panama DÇ-2026-da L qrupunda İngiltərə, Xorvatiya və Qana millilərinə qarşı mübarizə aparacaq.

L qrupu:

18 iyun, 03:00, Qana - Panama (Toronto stadionu);

24 iyun, 03:00, Panama - Xorvatiya (Toronto stadionu);

28 iyun, 01:00, Panama - İngiltərə (Nyu-Cersi stadionu).

Panamanın dünya çempionatlarındakı ən məhsuldar oyunçusu

Sabiq müdafiəçi Felipe Baloyun İngiltərəyə vurduğu qol onu Panamanın dünya çempionatı tarixində ən sərrast oyunçular siyahısında 1-ci sıraya yüksəltmişdi. Həmin matçın 78-ci dəqiqəsində Baloy Rikardo Avilanın cərimə zərbəsindən ötürdüyü topu tora qovuşduraraq Nijni Novqorod Stadionundakı Panama azarkeşlərinə böyük sevinc bəxş etmişdi.

Panamanın dünya çempionatlarında ən çox oyun keçirən futbolçuları

2018-ci ildə yeddi futbolçu Panamanın hər üç matçında meydanda olub: Xayme Penedo, Roman Torres, Fidel Eskobar, Qabriel Qomes, Anibal Qodoy, Edqar Barsenas və Xose Luis Rodriges.

Panamanın unudulmaz dünya çempionatı anları

Baloyun İngiltərəyə vurduğu qol Panama tarixində əbədi yaşayacaq olsa da, Belçika ilə açılış matçında Panama dövlət himni səslənərkən fəxri duruşda dayanan oyunçular üçün ən əziz xatirə məhz həmin andır. Dünya çempionatında ilk dəfə olaraq Panama himni səsləndirilmiş və həm oyunçuların, həm məşqçilərin, həm də azarkeşlərin göz yaşlarını saxlaya bilmədiyi müşahidə olunmuşdu.

Panama millisi bu dünya çempionatına sadəcə iştirakçı statusunda getmir. Onlar artıq 2018-ci ildəki təcrübəsiz komanda deyillər və doğma qitədə pley-off mərhələsinə yüksələrək böyük bir sürpriz etmək niyyətindədirlər. Karrasliya və Murillonun liderlik etdiyi Panama bu turnirdə qrupdan çıxmağı bacaracaq?

Digər Xəbərlər
Bu gün / 07:33
|
590

Azərbaycan - Malta: yoxlama oyunu

Azərbaycan milli futbol komandası Avstriya toplanışında Malta ilə yoxlama oyununa çıxır. Matç saat 22:00-da başlayacaq.

0
Bu gün / 07:03
|
711

Orxan Məmmədov: "İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur"

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov millinin ikinci dəfə Avropa çempionu olmasını böyük hadisə adlandırıb.

0
Bu gün / 00:02
|
336

Tomas Müller 17 ildən sonra ayrıldı

Tomas Müller 17 illik evlilikdən sonra həyat yoldaşı Lizadan ayrıldı. Detallar Bond.az-da.

0
Dünən / 22:02
|
956

"Liverpul" İraolanı rəsmən açıqladı

"Liverpul" Andoni İraolanı baş məşqçi təyin etdi. 43 yaşlı bask mütəxəssis Arne Slotu əvəzləyib.

0
Dünən / 21:02
|
583

Millimizin baş məşqçisi: Finala yorğun çıxmışdıq

Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatının finalında Ukrayna üzərində qələbədən sonra yorğun olduqlarını bildirdi.

0
Dünən / 20:30
|
325

Eşqin Tağıyev Avropada ən yaxşı oyunçudur

Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Slovakiyadakı Avropa çempionatında ən yaxşı oyunçu mükafatını qazandı.

0
Dünən / 20:30
|
943

Avropa çempionu millimiz mükafatlandırıldı

Slovakiyada minifutbol üzrə Avropa çempionatının qalibi Azərbaycan millisi mükafatlandırıldı. Finalda Ukraynanı 2:0 hesabı ilə məğlub edərək qızıl medal qazandı.

0
Dünən / 20:00
|
583

Azərbaycan parataekvondoçuları Romada iki medal qazandı

Azərbaycan parataekvondoçuları Roma Qran-Prisində iki medal qazandı: Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov bürünc medal əldə etdi.

0
Dünən / 18:32
|
227

Totti ilə yoldaşlıq matçı keçirildi

Slovakiyada minifutbol üzrə Avropa çempionatı finalı öncəsi Tottinin komandası yoldaşlıq matçında qalib gəldi.

0
Dünən / 18:30
|
795

FIFA-dan irqçiliyə qarşı sərt addım: yeni jest

FIFA dünya çempionatında irqçiliyə qarşı yeni jest tətbiq edir. Futbolçuların qol çarpazlaşdırması oyunu dayandıra bilər.

0
Dünən / 17:02
|
692

Emil Balayev milliyə qayıtdı: "Çox sevinirəm"

Emil Balayev 3 ildən sonra Azərbaycan millisinə qayıtdı və sevincini bildirdi. Malta ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında danışdı.

0
Dünən / 17:00
|
752

Ayxan Abbasov: Elvin Cəfərquliyev yaxın zamanda klub tapacaq

Ayxan Abbasov Malta və San-Marino yoldaşlıq oyunları öncəsi mətbuat konfransında çıxış edib. Baş məşqçi Elvin Cəfərquliyevin yaxın vaxtlarda klub tapacağını bildirib.

0
...