Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Fransanın Müluz şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
20 yaşlı idmançı SU-5 kateqoriyasında cütlük yarışlarında polşalı Bartlomey Mrozla birgə mübarizə aparıb.
Qrup mərhələsində braziliyalı cütlüyü məğlub edən beynəlxalq tandem, daha sonra Çin Taypeyindən olan rəqiblərə uduzub.
Yarımfinalda malayziyalı cütlüklə qarşılaşan İbrahim Əliyev və Bartlomey Mroz məğlub olsa da, turniri bürünc medalla başa vurub.












