Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Avropa Taekvondo Birliyinin 50 illik yubileyi çərçivəsində keçirilən tədbirdə səkkiz Olimpiya və Paralimpiya çempionu mükafatlandırılıb. Onların sırasında İmaməddin Xəlilov da var.












