İspaniya yığmasının gənc müdafiəçisi Pau Kubarsi 2026-cı il dünya çempionatında gözqamaşdırıcı çıxışı ilə diqqət çəkir.
Oxu.Az "SofaScore" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı oyunçu ötürmə dəqiqliyi reytinqində bütün rəqiblərini geridə qoyaraq liderdir.
Statistikaya görə, Kubarsinin ötürmələrinin 98.8 faizi dəqiq olub. Bu göstərici onu mundialın ən sərrast ötürmə edən futbolçusu edib.
Qeyd edək ki, İspaniya yığması iki oyundan sonra 4 xalla H qrupunda liderdir.












