Niderland prokurorluğu Rusiyanın "Spartak" klubunun keçmiş futbolçusu Kvinsi Promesdən narkotik qaçaqmalçılığı işi üzrə 8 milyon avro müsadirə edilməsini tələb edir.
"De Telegraaf" nəşrinin məlumatına görə, prokurorluq əmindir ki, Promes kokain satışından ən azı 8 milyon avro qazanıb və bu məbləği geri qaytarmalıdır.
Xatırladaq ki, Niderlandda Promes iki cinayət işi üzrə ümumilikdə 7.5 il həbs cəzasına məhkum edilib. 2023-cü ildə qohumuna bıçaqla hücum etdiyinə görə 18 ay həbs cəzası alıb, 2024-cü ilin fevralında isə narkotik qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edilib.












