Qanalı cadugər Nana Kvaku Bonsam, 2026 Dünya Kubokunda Qana və İngiltərə arasındakı oyun öncəsi Harri Keynə lənət edəcəyini bildirib.
"Daily Star"ın məlumatına görə, Bonsam deyib: "Mən Harri Keyn üzərində işləyirəm. Onu dayandırmaq üçün nə etməli olduğumu bilirəm. Ciddi zədə arzulamıram, sadəcə Qanaya qarşı oyunda performans göstərə bilməməsi kifayətdir."
Qrup mərhələsinin ikinci tur oyunu iyunun 23-də keçiriləcək. Hər iki komanda ilk matçlarını qalibiyyətlə başa vurub: Qana Panamanı 1:0, İngiltərə Xorvatiyanı 4:2 hesabıyla məğlub edib. Keyn həmin oyunda iki qol vurub.
Bonsam, 2014-cü ildə də Kriştianu Ronaldunun zədələnməsində rol oynadığını iddia etmişdi, lakin Ronaldu turnirə qədər sağalaraq Qanaya qarşı qol vurmuşdu.












