"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub. Püşkatma nəticəsində təmsilçimiz İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq.
İlk oyun iyulun 9-da Bakıda keçiriləcək. Cavab matçı isə iyulun 16-da İslandiyada baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" bu mövsüm Avropa Liqasında mübarizə aparacaq.












