"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyada keçirilən yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
"VSG Tirol"a 4:0 hesabı ilə qalib gələn komandasının oyunundan razı qalan mütəxəssis deyib: "Ümumilikdə pis oyun alınmadı. Fiziki yüklənməyə və isti havaya baxmayaraq, futbolçular yaxşı mübarizə apardılar."
O, yeni transferlərin komandaya uyğunlaşması üçün vaxt lazım olduğunu, lakin onların istəkli olduğunu vurğulayıb: "İnanıram ki, komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan razıyam. Bu istək və templə davam edəcəyik."












