Portuqaliya millisinin ulduz futbolçusu Rafael Leao ciddi diskvalifikasiya ilə üzləşə bilər. O, mövsümün ən böyük turniri olan DÇ-2026-nın qrup oyunlarını buraxmaq təhlükəsi ilə qarşı qarşıyadır.
Hadisə Çili ilə yoldaşlıq oyununda baş verib. Leao birinci hissənin sonunda rəqib oyunçu İvan Romanla dalaşaraq qırmızı vərəqə alıb. Bu, adi qaydalara görə növbəti yoldaşlıq oyunlarında diskvalifikasiyaya səbəb olur, lakin aqressiv davranış səbəbindən cəza rəsmi oyunlara da şamil edilə bilər.
Portuqaliyanın qrup rəqibləri Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikasıdır. Leaonun bu matçlarda iştirak etməməsi komandanı çətin vəziyyətə sala bilər.
DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək.












