"Real Madrid"in kapitanı Daniel Karvaxal mövsüm sonunda komandadan ayrıla bilər.
"The Athletic"in məlumatına görə, klub rəhbərliyi ayrılıq qərarının təşəbbüskarıdır.
34 yaşlı müdafiəçinin müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Karvaxal "Real"ın yetirməsidir və cari mövsümdə 15 oyunda meydana çıxıb.
O, "Real" forması ilə 449 matç keçirib, 14 qol vurub və 65 assist edib.
Karvaxal 6 dəfə Çempionlar Liqası, 4 dəfə İspaniya çempionluğu qazanıb.
İspaniya millisində 52 oyun keçirən futbolçu 1 qol vurub.












