Madridin "Real" klubu rəsmi saytı vasitəsilə prezident və Direktorlar Şurası üçün növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb. Seçki komissiyası prosesin rəsmən başladığını elan edib.
Namizədliklərin irəli sürülməsi üçün ayrılan müddət 2026-cı il mayın 14-dən 23-nə qədərdir. Birdən çox namizəd olarsa, səsvermənin tarixi və yeri sonra açıqlanacaq. Poçt vasitəsilə səsvermə hüququ da təmin ediləcək.
Qeyd edək ki, hazırkı prezident Florentino Peres seçkiləri əvvəlcədən anons etmişdi. O, 2000-2006, 2009-dan bəri fasiləsiz bu postu tutur.












