Kriştianu Ronaldu daha bir rekorda imza atdı. Portuqaliyalı superulduz altıncı dünya çempionatında qol vuran ilk futbolçu oldu.
Bu, DÇ-2026-nın qrup mərhələsində Özbəkistanla oyunda baş verdi. Ronaldu matçın 6-cı dəqiqəsində fərqləndi.
41 yaşlı hücumçu bununla böyük turnirlərdəki qolsuzluq seriyasına son qoydu. O, əvvəlki 10 oyunda qol vura bilməmişdi.
Ronaldu üçün bu, karyerasında altıncı dünya çempionatıdır. Eyni göstərici Lionel Messiyə də məxsusdur, lakin Messi yalnız beş mundialda qol vurub - 2010-cu ildə o, qol vura bilməmişdi.












