Kriştianu Ronaldu "Ən-Nəsr"in heyətində Səudiyyə Ərəbistanı çempionu olub. Portuqaliyalı futbolçu üçün bu titul karyerasındakı 35-ci kubokdur.
Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir.
Ronaldunun qazandığı titullardan biri "Sportinq" ilə, doqquzu "Mançester Yunayted" ilə əldə olunub. Hücumçu "Real Madrid"in heyətində 15, "Yuventus" ilə isə 5 titul qazanıb. Portuqaliya millisinin heyətində Ronaldunun aktivində 3, "Ən-Nəsr"lə isə 2 kubok var.
Bundan başqa, Ronaldu karyerasında dördüncü fərqli ölkə çempionatını qazanıb. O, daha əvvəl "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasının, "Real Madrid"lə İspaniya La Liqasının, "Yuventus"la isə İtaliya A Seriyasının qalibi olub.
41 yaşlı hücumçu üçün Səudiyyə Ərəbistanında birincilik klub səviyyəsində karyerasındakı səkkizinci çempionluq olub. Ronaldu İngiltərə çempionatında üç dəfə, İspaniya və İtaliya çempionatlarında isə iki dəfə qızıl medallara sahib çıxıb. Onun çempion ola bilmədiyi yeganə klub isə doğma "Sportinq"dir.
Qeyd edək ki, Ronaldu "Ən-Nəsr" ilə ilk dəfə Səudiyyə Ərəbistanı çempionu tituluna sahib çıxıb. Ər-Riyad təmsilçisi tarixində 11-ci dəfə ölkə çempionluğunu qazanıb. Sonuncu çempionluq 2019-cu ilə təsadüf edib.












