Portuqaliya və Xorvatiya arasında keçirilən dünya çempionatı matçı (2:1) yeni rekordla yadda qaldı.
Kriştianu Ronaldu (41 yaş 148 gün) və Luka Modriç (40 yaş 292 gün) mundiallar tarixində bir-birinə qarşı oynamış ən yaşlı rəqib cütlüyü olub.
Oyundan sonra Ronaldu Modriçə karyerasında uğurlar arzuladı. Onlar "Real Madrid"də uzun müddət birlikdə oynayıblar.
Modriç Xorvatiya ilə 2018-ci ildə gümüş, 2022-ci ildə isə bürünc medal qazanıb. 2026-cı il mundialı onun beşinci iştirakıdır.












