Kriştianu Ronaldunun komandası "Ən-Nəsr" yeni baş məşqçisini açıqlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Avstraliyalı mütəxəssis Angelos Postekoqlu klubla 2 illik müqavilə imzalayıb.
O, portuqaliyalı Jorje Jezuşu əvəz edib.
Jezuş ötən mövsüm komandanı çempionluğa daşısa da, mövsümün sonunda ayrılmışdı.
"Ən-Nəsr" Ronaldunun 2023-cü ildə heyətə qoşulmasından sonra ilk dəfə çempion olmuşdu.
Postekoqlunun son iş yeri "Nottingem Forest" olub. O, daha əvvəl "Tottenhem", "Seltik", "Yokohama F.Marinos" və "Panahaiki" klublarını çalışdırıb.












