Rusiyanın Çelyabinsk vilayətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində bir nəfər həlak olub, beş nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, mikroavtobusda Permin "Bionord Pro" basketbol komandasının üzvləri də olublar.
Hadisə zamanı dünyasını dəyişən mikroavtobusun sürücüsüdür. Basketbolçular da daxil olmaqla zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı cinayət işi açılıb.












