"Sabah" klubunun yeni transferi Eyden Makkarti üçün nə qədər ödədiyi məlum olub.
"African Times" qəzetinin məlumatına görə, Azərbaycan çempionu "Kayzer Çifs"ə 7 milyon rand (təxminən 720 000 manat) ödəyib.
Müqavilədə maraqlı bənd var: əgər futbolçu gələcəkdə satılarsa, gəlirin 10%-i Afrika klubuna gedəcək.
22 yaşlı müdafiəçi ötən mövsüm 33 oyunda 2 qol vurub.












