"Sabah" futbol klubu qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.
Qazaxıstanlı qolkiperlə 1 illik müqavilə bağlanıb. Pokatilov 2025-ci ilin yanvarından "Sabah"da forma geyinir.
33 yaşlı qapıçı komandada 61 oyun keçirib, bir dəfə çempion, iki dəfə kubok qazanıb.












