İspaniya yığması ilə iki dəfə Avropa çempionu olan 41 yaşlı yarımmüdafiəçi Santi Kazorla peşəkar futbol karyerasına son qoydu.
Oxu.Az xəbər verir ki, futbolçu bunu sosial şəbəkə hesabında açıqlayıb.
Kazorla karyerası ərzində "Vilyarreal", "Malaqa", "Arsenal" və "Əs-Sədd" kimi klubları təmsil edib. "Arsenal"la üç dəfə İngiltərə Kuboku və Superkubokunu qazanıb.
İspaniya millisinin qızıl dövründə yer alan Kazorla 2008 və 2012-ci illərdə Avropa çempionu olub.
2023-cü ildən doğma "Ovyedo"da oynayan futbolçu klub səviyyəsində 774 oyuna çıxıb, 144 qol vurub və 156 asist edib. Yığmada isə 81 oyunda 15 qol və 11 asist edib.












