Müstəqil İntizam Komissiyası "Sauthempton" klubunun Çempionşip reqlamentini pozduğunu təsdiqləyib. Komanda pley-off mərhələsindən kənarlaşdırılıb.
İngiltərə Futbol Liqasının "X" hesabında qərar açıqlanıb. Klub "Midlsbro"nun məşqini casusluqla izləməkdə təqsirli bilinib.
İlk yarımfinal oyunu ərəfəsində baş verən hadisə nəticəsində "Sauthempton" cəzalandırılıb. Komanda növbəti mövsümə də 4 xal silinməsi ilə başlayacaq.
Pley-off finalında "Midlsbro" "Hall Siti" ilə qarşılaşacaq.












