Bond.az White LogoBond.az Black Logo

Şəki PFK-da qalmaqal: 5 futbolçu oyuna çıxmadı

Şəki PFK-da 5 futbolçu son oyuna çıxmaqdan imtina etdi. Klub rəsmi bəyanat yayıb, hüquqi addımlar atılacağını bildirib.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
|
0

Şəki PFK-da gözlənilməz hadisə baş verib. Komandanın 5 üzvü son oyuna çıxmaqdan imtina edib.

Klub rəhbərliyi məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Qeyd olunub ki, ikinci liqanın son turunda bir neçə futbolçu meydana çıxmaqdan imtina edib.

Bəyanatda vurğulanıb ki, həmin futbolçular ikinci dövrədəki bütün oyunların və may ayına qədər olan ayların maaşlarını tam alıblar. May ayında cəmi iki oyun keçirilib və heç bir rəsmi maaş gecikməsi olmayıb.

Futbolçular əsassız iddialarla çıxış ediblər: "son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin". Bu səbəbdən oyuna çıxmaqdan imtina ediblər.

Oyunda iştirak etməyən futbolçular: Rəsul İbrahimov, Zaur Fərzəliyev, Çərkəz Hüseynov, Mehdi Həşumov, Nazim Bağırov.

Araşdırma zamanı məlum olub ki, kapitan Rəsul İbrahimov digər futbolçularla əlaqə saxlayaraq onları oyuna çıxmamağa çağırıb.

Nəticədə Şəki PFK XXVII turda "Ağstafa Gəncləri"nə qarşı oyuna cəmi doqquz futbolçu ilə çıxıb.

Klub rəhbərliyi bu davranışı peşəkar futbol prinsiplərinə və daxili intizam qaydalarına zidd qiymətləndirib. Hüquqi addımlar atılacağı bildirilib və futbolçular əvvəlcədən xəbərdar ediliblər.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...