Tennis üzrə 23 qat Böyük Dəbilqə qalibi, keçmiş dünya bir nömrəsi Serena Uilyams rəsmi olaraq tennisə qayıdır. 44 yaşlı amerikalı ulduz 2026-cı ildə London turnirində cütlük yarışlarında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Londonun "WTA-500" kateqoriyalı ot örtüklü turnirinin təşkilatçıları bu qərarı elan ediblər. Turnir iyunun 8-dən 14-dək keçiriləcək.
Serena Uilyams karyerasını 2022-ci ildə ABŞ Açıq Çempionatından sonra bitirmişdi. O, üçüncü mərhələdə avstraliyalı Ayla Tomlyanoviçə məğlub olmuşdu.












