Səudiyyə Ərəbistanı Futbol Federasiyası azarkeşlərini sevindirib. Dünya çempionatına pulsuz biletlər paylanılır.
Oxu.Az xəbər verir ki, bu addım ABŞ-dəki səfirliyin rəsmi səhifəsində açıqlanıb.
FİFA tribunalarda azarkeş qıtlığından narahat idi. Səudiyyənin sürpriz qərarı bu problemə həll yolu oldu.
Bəyanatda deyilir: "Dünya çempionatına gerisayım başlayıb. ABŞ-də olan azarkeşlərə pulsuz biletlər təqdim edirik."
DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Rəsmi bilet qiymətləri 100-6 370 dollar arasında dəyişir.












