Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada keçirilən "Bosnia Open" beynəlxalq turnirində uğur qazanıb.
Komandamız 1 qızıl, 2 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 7 mükafat əldə edib.
Qızıl medalı "Atlet" TK-dan Allahverdi Məmmədov (+78 kq) qazanıb. Gümüş medallar Aliyə Məmmədli (+59 kq) və Sadiq Məmmədzadəyə (53 kq) verilib.
Bürünc medallar isə Zəhra Vəliyeva, Sübhan Rzayev, Məhəmməd Bağırov və Rəsul İsmayılova məxsusdur.












