Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC ilə rəsmi müqavilə bağlayıb. O, yarımorta çəki dərəcəsində çıxış edəcək.
MMA karyerasında 21 qələbə və 3 məğlubiyyəti olan Abdullayev ilk döyüşünü iyunun 27-də Bakıda keçiriləcək UFC turnirində edəcək.
Qeyd edək ki, əvvəllər Fərman Həsənov da UFC ilə müqavilə imzalayıb və eyni turnirdə debüt edəcək.












