Turnirə çox ciddi hazırlaşmışdıq. Ölkə daxilində və xaricində millinin məşqləri keçirildi.
Son çempion kimi qatıldığımız turnirdə bütün rəqiblər bizi yaxşı analiz etmişdilər.
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında minifutbol üzrə Avropa çempionu Azərbaycan millisinin üzvü Taleh Babayev deyib.
O bildirib ki, hər oyunda çətinlik olub: "Millinin hər üzvü oyunlara fərqli motivasiya ilə çıxırdı. Biz bu çətin işin öhdəsindən gəldik. İkinci dəfə ardıcıl Avropa çempionu olduq."











