İran yığmasının hücumçusu Mehdi Taremi, Misirlə oyundan sonra FIFA-nı sərt tənqid edib.
O, turnirin şərtlərinin ədalətsiz olduğunu və FIFA-nın heç bir kömək etmədiyini bildirib.
"FIFA və ABŞ rəsmiləri İranı turnirdən kənarlaşdırmağa çalışır", deyə Taremi vurğulayıb.
Hücumçu, FIFA prezidenti Canni İnfantinonun verdiyi sözləri tutmadığını da söyləyib.











