Türkiyə Futbol Federasiyası (TFF) baş məşqçi Vinçenzo Montella ilə yolları ayırmamaq qərarına gəlib.
Lakin DÇ-2026-da uğursuz çıxışdan sonra komandada bir sıra dəyişikliklər planlaşdırılır.
Məlumata görə, Montellanın məşqçilər heyətində təcrübəli mentor cəlb ediləcək. Həmçinin atletik hazırlıq üzrə mütəxəssislər də yenilənə bilər.
Montella yaxşı formada olan yeni futbolçulara daha çox şans verəcəyini bildirib. Mərkəz hücumçusu olmadan oynamaq sistemi yenidən qiymətləndiriləcək.












