"Bavariya"nın və Almaniya millisinin keçmiş ulduzu Tomas Müller, 17 illik evlilikdən sonra həyat yoldaşı Lizadan ayrılıb.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Daha öncə bildirilirdi ki, Liza Müller, ərinin MLS klubuna transferindən sonra onunla Kanadaya getməyib.
Cütlüyün vəkili Kristian Şerts deyib: "Onlar heç bir mübahisəsiz ayrıldılar və bu barədə açıqlama verməyəcəklər."
Tomas və Liza 2009-cu ilin dekabrında, hər ikisi 20 yaşında ikən evlənmişdilər.
36 yaşlı Müller hazırda "Vankuver" klubunda oynayır və 12 oyunda 4 qol vurub.












