UFC-nin yüngül çəkidə keçmiş çempionu İliya Topuriyanın hər iki göz yuvasında sınıq aşkarlandı. Bu, Castin Qeyci ilə döyüşdən sonra məlum olub.
ABC portalının məlumatına görə, sınıqlar yerdəyişməsizdir və təcili cərrahiyyə tələb olunmur.
Həkimlər bir neçə ay istirahət və mütəmadi nəzarət tövsiyə edib. Topuriyanın 2027-ci ildən əvvəl qayıtması gözlənilmir.
Qeyci ilə döyüş iyunun 15-də Vaşinqtonda keçirilib və amerikalı texniki nokautla qalib gəlib.












