Bond.az White LogoBond.az Black Logo

Tovuz təmsilçisi Avropaya buraxılmadı

AFFA təsdiqlədi: Tovuz təmsilçisi Turan Tovuz 2026/2027 mövsümündə UEFA Konfrans Liqasına buraxılmayacaq. Səbəb danışılmış oyunlar qalmaqalı.

Sevinc İsmayılova
Müəllif:Sevinc İsmayılova- Senior Editor
|
0

AFFA "Turan Tovuz"un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.

AFFA-nın yaydığı məlumata əsasən, bu cəzanın kökləri keçmişə dayanır. Belə ki, AFFA İntizam Komitəsinin "Turan Tovuz" futbolçularının danışılmış oyunlarda iştirakı səbəbindən cəzalandırılması barədə 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən UEFA, klubun 2026/2027-ci illər mövsümündə Konfrans Liqasında iştirakına hüquqi qiymət verilməsi üçün işi birbaşa olaraq UEFA-nın Apellyasiya orqanına göndərib.

UEFA Apellyasiya orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, Tovuz təmsilçisi UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilib.

Xatırladaq ki, hələ 2019-cu ildə I Divizionda çıxış edən zaman danışılmış oyunlar qalmaqalında adı hallanan "Turan Tovuz"un 7 futbolçusuna - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadəyə futbola aid bütün növ fəaliyyətlərlə məşğul olmaq üçün qəti qadağa tətbiq edilmişdi.

Digər Xəbərlər
Bu gün / 16:31
|
300

Olise qadağan olunmuş tütünə görə gündəmdə

Bavariya və Fransa ulduzu Maykl Olise qadağan olunmuş snus istifadəsində şübhəli bilinir. Fotolar gündəm yaradıb.

0
Bu gün / 15:02
|
308

Qattuzo "Latsio"ya baş məşqçi təyin edildi

Cennaro Qattuzo "Latsio"ya baş məşqçi təyin olundu. İtaliya millisindən ayrıldıqdan sonra A Seriyasına qayıdır.

0
Bu gün / 14:30
|
788

Lukas Torreyra: "Qalatasaray"da qalmaq istəyirəm

Lukas Torreyra Qalatasaraydakı gələcəyi ilə bağlı açıqlama verdi. Uruqvaylı ulduz müqaviləsinin qalan 2 ilini başa vurmaq istədiyini bildirdi.

0
Bu gün / 14:03
|
481

"Zirə" portuqaliyalı yarımmüdafiəçi transfer etdi

"Zirə" Portuqaliyalı yarımmüdafiəçi Da Silva Tavareş Viera ilə 2 illik müqavilə imzaladı. Klubun yeni transferi haqqında ətraflı məlumat.

0
Bu gün / 13:01
|
304

Kəpəz yeni baş məşqçisini açıqladı

Kəpəz klubu yeni baş məşqçisi Azər Məmmədovla razılıq əldə etdi. Detallar Bond.az-da.

0
Bu gün / 12:31
|
983

Gimnastlar üçün podiumda yeni sərt qaydalar

FIG gimnastların mükafatlandırma mərasimlərində siyasi və dini təbliğatı qadağan edən yeni sərt qaydalar tətbiq edib.

0
Bu gün / 12:02
|
512

Mourinyonun 2 hədəfi: Yulmann və Fernandeş

Joze Mourinyonun Real Madrid üçün yay transfer hədəfləri: Morten Yulmann və Mateuş Fernandeş.

0
Bu gün / 11:30
|
376

"Turan Tovuz"da ayrılıq: Ayxan Hüseynov getdi

Ayxan Hüseynov "Turan Tovuz"u tərk etdi. Yarımmüdafiəçinin müqaviləsi başa çatdı, yeni sözləşmə imzalanmadı.

0
Bu gün / 10:01
|
879

İspaniya məşqi külək səbəbindən dayandı

İspaniya millisinin DÇ-2026 məşqi şiddətli külək səbəbindən yarıda qaldı. Futbolçular qapalı zala sığındılar. Uruqvay matçı iyunun 27-də.

0
Bu gün / 08:32
|
339

Tomas Tuxel: Su fasilələri oyunu dəyişir

Tomas Tuxel 2026 DÇ-də məcburi su fasilələrinin oyunun xarakterini dəyişdiyini açıqlayıb. Su fasilələri futbol matçlarını dörd hissəyə bölür.

0
Bu gün / 08:01
|
315

Mbappe DÇ-2026-da tarix yazdı: yeni rekordlar

Kilian Mbappe DÇ-2026-da İraqa qarşı oyunda dubl edərək Ronaldonu geridə qoydu və yeni rekordlar əldə etdi.

0
Bu gün / 06:32
|
808

Buntiç Portuqaliya klubuna keçdi

Qarabağdan ayrılan xorvatiyalı qapıçı Fabiyan Buntiç Portuqaliyanın Farense klubu ilə müqavilə bağlayıb.

0
...
Tovuz təmsilçisi Avropaya buraxılmadı | Bond.az