Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü üçün transfer pəncərələrinin tarixləri açıqlanıb.
PFL-dən bildirilib ki, yay transfer dövrü iyunun 19-dan sentyabrın 10-dək, qış transfer dövrü isə 2027-ci il yanvarın 14-dən fevralın 10-dək olacaq.
Agent statusu olan oyunçular üçün son sifariş tarixi 2027-ci il martın 31-i müəyyən edilib.












