"Turan Tovuz" futbol klubu xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə vidalaşıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, 27 yaşlı futbolçu ilə müqavilə müddəti başa çatıb.
Ozobiç bu mövsüm Premyer Liqada 27 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.












