Türkiyə klublarının 2026/27 mövsümü üçün UEFA avrokuboklarında iştirak formatı rəsmən açıqlanıb.
Türkiyə Kubokunun finalından sonra komandaların Avropa marşrutu tam bəlli olub.
Çempion "Qalatasaray" birbaşa Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
Superliqada ikinci olan "Fənərbağça" ÇL-də 2-ci təsnifat mərhələsindən başlayacaq.
Kuboku qazanan "Trabzonspor" Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq.
"Beşiktaş" Avropa Liqasının 2-ci təsnifat mərhələsində oynayacaq.
"Başakşehir" isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində çıxış edəcək.












