Azərbaycanın U-21 milli komandası bu gün Qırğızıstanla yoxlama matçı keçirəcək. Türkiyənin İsparta şəhərində hazırlıq prosesi davam edir.
Rəşad Eyubovun rəhbərlik etdiyi komanda ikinci sınağına çıxır. Qarşılaşma "Sav" stadionunda Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, U-21 millisi ilk oyunda Bəhreyni 3:0 məğlub etmişdi.












