İtaliyanın "Udineze" klubu Nikolo Zanyolonun transfer hüquqlarını "Qalatasaray"dan almaq qərarına gəlib.
Tanınmış futbol insayderi Fabritsio Romano bu barədə məlumat yayıb. İtaliya klubunun rəhbərliyi transferin reallaşacağına əmindir.
Prosesin yekunlaşması üçün yalnız bir neçə gün qalıb. "Udineze" Zanyolonu komandada saxlamaq niyyətindədir.
Futbolçunun gələcəyi ona ediləcək mümkün transfer təkliflərindən asılı olacaq. Qeyd edək ki, italiyalı yarımmüdafiəçi ötən sezonu icarə əsasında "Udineze" klubunda keçirib.












