UEFA İcraiyyə Komitəsi İstanbulda keçirilən iclasda kişi milli komandaları üçün yeni yarış formatlarını təsdiqləyib. Dəyişikliklər 2028-ci ildən qüvvəyə minəcək.
Yeni qaydalara görə, Avropa və dünya çempionatının seçmə mərhələsi iki liqaya bölünəcək. Millətlər Liqasının nəticələrinə əsasən, ən güclü 36 komanda 1-ci liqada mübarizə aparacaq. Onlar üç səbətə ayrılaraq, hər biri 12 komandadan ibarət üç qrupda yarışacaq. Hər komanda ümumilikdə altı oyun keçirəcək.
1-ci liqanın qrup qalibləri birbaşa çempionatlara vəsiqə qazanacaq. Digər yerlər pley-off vasitəsilə müəyyənləşəcək. Konsept üzərində işlər yaxın aylarda tamamlanacaq və sentyabrın 15-də yekun variant təqdim olunacaq.
Millətlər Liqasının strukturu da dəyişir: 2028/29 mövsümündən etibarən hər birində 18 komanda olmaqla üç liqa yaradılacaq. Komandalar altı komandadan ibarət qruplarda mübarizə aparacaq. Pley-off formatı isə eyni qalır.
Ev sahibi ölkələr əsas mərhələyə avtomatik vəsiqə qazansa da, seçmə mərhələdə iştirak edəcəklər.












