Türkiyə millisinin və "Qalatasaray"ın keçmiş hücumçusu Ümit Karan barəsində 10 ilədək həbs cəzası tələb edilib.
İstanbul Prokurorluğunun ittihamnaməsində Karan "narkotik vasitələrin ticarəti"ndə günahlandırılır. O, narkotikləri başqalarına ötürməkdə ittiham olunur.
Futbolçu bütün ittihamları rədd edib. Yaxın günlərdə məhkəmə qarşısına çıxacağı gözlənilir.












