Ukraynalı ağırçəkili boksçu Aleksandr Usik sahib olduğu bütün çempionluq kəmərlərindən imtina etdiyini elan edib.
Keçmiş mütləq dünya çempionu bu barədə Instagram hesabında yayımladığı videomüraciətində bildirib.
"Bu gün sahib olduğum bütün kəmərlərimdən imtina etmək istəyirəm ki, növbədə gözləyən uşaqlar onlar üçün boks edə bilsinlər", - deyə o qeyd edib.
Bununla yanaşı, Usik karyerasını bitirmək niyyətində olmadığını vurğulayıb.












