Ukraynalı boksçu Aleksandr Usik niderlandlı Riko Verhuvenə qalib gələrək ağır çəkidə Ümumdünya Boks Şurasının (WBC) çempionluq kəmərini qoruyub.
Mayın 24-də Misirdə, Giza piramidalarının fonunda keçən qarşılaşma 11-ci raundda texniki nokautla başa çatıb.
39 yaşlı ukraynalı çempion peşəkar rinqdə 25 döyüşün hamısında qələbə qazanaraq rekordunu qoruyub.
37 yaşlı kikboksçu Verhuven üçün bu, peşəkar boksda ikinci döyüş idi (1 qələbə, 1 məğlubiyyət).












