"Liverpul"un kapitanı Vircil van Deyk 34 yaş 320 günlüyündə İngiltərə Premyer Liqasının (İPL) 2025/2026 mövsümünün hər dəqiqəsində meydanda olan ən yaşlı futbolçusu olub.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, van Deyk mövsüm boyu bütün 38 matçda meydanda olub.
Müdafiəçi bütün turnirlərdə 55 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, niderlandlı futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.












