Bond.az White LogoBond.az Black Logo

Vest Hem sabiq sədrinə zorlama ittihamları

Vest Hem klubunun sabiq sədri Devid Sallivan cinsi istismar və zorlama ittihamları ilə üzləşib. BBC araşdırması 7 qadının ifadələrini açıqlayır.

Samir Məmmədov
Müəllif:Samir Məmmədov- Senior Editor
|
0

"Vest Hem" klubunun keçmiş sədri və ən böyük səhmdarı Devid Sallivan bir neçə qadın tərəfindən cinsi qısnama və istismarda ittiham olunub.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, Sallivan iyunun 7-də onun barəsində irəli sürülən seksual xarakterli ittihamlarla bağlı materialın dərcinə hazırlıq fonunda istefa verdiyini açıqlayıb.

İyunun 8-də BBC və "The Times" birgə araşdırma yayımlayıblar. Araşdırma 1980-ci illərdən başlayaraq bir neçə onilliyi əhatə edir. Materialda Sallivana məxsus qəzetlərdə iş axtaran və həmin dövrdə 15-20 yaşlarında olan yeddi qadının ifadələrinə yer verilib.

Qadınlar iş adamını cinsi istismar, eləcə də işgüzar görüşlər zamanı intim münasibətlərə məcbur etməkdə ittiham ediblər. İddialara görə, Sallivan onlara karyera yüksəlişi vəd edərək intim münasibət tələb edib.

Bildirilir ki, 1980-1990-cı illərdə Sallivan model biznesində karyera qurmaq istəyən gənc qadınlar üzərində böyük nüfuza malik olub. Araşdırmada adı dəyişdirilmiş Florens adlı qadın bildirib ki, Sallivanın evində keçirilən işgüzar görüş zamanı ona qəzetinin "daimi qızlarından" biri olmağı vəd edib və bunun qarşılığında intim münasibət təklif edib.

Florensin sözlərinə görə, sonradan 20 yaşı olarkən Sallivan onu yataq otağına apararaq cinsi əlaqədə olub.

Daha iki qadın isə model karyeralarına zərər gəlməməsi üçün Sallivanla intim münasibətə razı olmaq məcburiyyətində qaldıqlarını bildirərək onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.

Qeyd olunub ki, iddiaların bir qismi gündəlik qeydlər, polis materialları, həmçinin qadınların dostları və ailə üzvləri ilə aparılmış müsahibələr əsasında dəstəklənir.

Bundan əlavə, səkkiz qadının Sallivanın davranışları ilə bağlı polisə müraciət etdiyi bildirilsə də, ona qarşı indiyədək rəsmi ittiham irəli sürülməyib.

Digər Xəbərlər
Bu gün / 20:30
|
782

Neymarın sağlamlıq durumu açıqlandı

Neymarın sağlamlıq durumu ilə bağlı CBF açıqlama verdi. Zədədən sonra bərpa prosesi uğurla davam edir.

0
Bu gün / 20:02
|
473

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Somalili hakim Omar Artan, ABŞ-yə girişi qadağan edilən ilk somalili referi oldu. Afrikanın ən yaxşı hakimi Mayamidən geri qaytarıldı.

0
Bu gün / 19:32
|
817

Azərbaycan güləş millilərində yeni məşqçilər

Azərbaycan Güləş Federasiyası sərbəst güləş üzrə milli komandalarda yeni məşqçi təyinatları elan edib. U-15, U-17, U-20 və böyüklər komandalarının yeni heyəti açıqlanıb.

0
Bu gün / 18:02
|
948

Eriksen huşunu itirməsi ilə bağlı açıqlama verdi

Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirməsindən sonra ilk açıqlamasını verdi. Futbolçu özünü yaxşı hiss etdiyini və bərpa prosesinin başladığını bildirdi.

0
Bu gün / 17:02
|
410

Oriqi futbolu buraxdı - FOTO

Liverpulun keçmiş hücumçusu Divok Oriqi futbolçu karyerasını başa vurdu. 31 yaşlı belçikalı öz açıqlamasında missiyasının tamamlandığını bildirdi.

0
Bu gün / 16:04
|
593

Fulhem 14 futbolçu ilə yollarını ayırdı

Fulhem 14 futbolçu ilə yollarını ayırdı. Raul Ximenes də ayrılanlar arasında.

0
Bu gün / 16:04
|
796

Çövkən üzrə DÇ: Uruqvay-Niger heç-heçə

Bakıda Çövkən üzrə 2-ci dünya çempionatında Uruqvay və Niger arasında oyun heç-heçə başa çatdı: 0:0.

0
Bu gün / 15:31
|
277

Qarabağ üç mütəxəssislə müqaviləni yenilədi

"Qarabağ" klubu Aftandil Hacıyev, Maksim Medvedev və Rəşad Sadiqovla müqaviləni uzadıb. Əvəzedicilər liqasının ləğvi halında Medvedevə yeni vəzifə veriləcək.

0
Bu gün / 15:03
|
577

"Real Madrid" müdafiə xəttini yenidən qurur

Real Madrid müdafiə xəttini yenidən qurur: İbraima Konate və Denzel Dumfris transfer edildi.

0
Bu gün / 14:31
|
752

Lamin Yamal dünya çempionatına hazırdır

Lamin Yamal zədədən sonra bərpa olunaraq dünya çempionatının start matçına hazır olacaq. Baş məşqçi Luis de la Fuente açıqlama verib.

0
Bu gün / 14:03
|
900

Real Madrid Barselonanı UEFA-ya şikayət etdi

Real Madrid Barselonanı UEFA-ya şikayət edərək, rəqibinin Avropadan kənarlaşdırılmasını tələb edir.

0
Bu gün / 13:33
|
699

Aziz Yıldırım transferlərə start verdi: Fənərbağçaya iki hücumçu

Aziz Yıldırım Fənərbağçada transferlərə başladı: Vedat Muriqi və Seru Girassi hədəfdə. Son detallar qalıb.

0
...