Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev Malta ilə yoxlama oyununda (0:2) zədələnib.
Oxu.Az xəbər verir ki, əzələsini dartaraq meydanı xərəkdə tərk edən Xəyal 10-cu dəqiqədə Nəriman Axundzadə ilə əvəzlənib.
Yığma komandamız Avstriya toplanışında növbəti görüşünü iyunun 9-da San Marino ilə keçirəcək.












