Yann Sommerin "İnter"dən rəsmi olaraq ayrıldığı təsdiqlənib.
37 yaşlı isveçrəli qapıçının müqavilə müddəti başa çatıb.
Sommer üç mövsümdə "İnter"lə 4 titul qazanıb.
O, 139 oyunda 120 qol buraxıb, 66 matçda qapısını toxunulmaz saxlayıb.
Karyerası ərzində "Bazel", "Borussiya Münhenqladbax" və "Bavariya"da da çıxış edib.












